Modern.az

Türkiyə sahillərində batan gəmidə bir azərbaycanlı da həlak oldu - YENİLƏNİB

Türkiyə sahillərində batan gəmidə bir azərbaycanlı da həlak oldu - YENİLƏNİB

7 Yanvar 2019, 17:17

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

 

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin11 Ukrayna vətəndaşı olub.

 

Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 13 nəfərin olduğu deyilir.

***

Türkiyənin Qara dəniz sahillərində qəzaya uğrayan yükdaşıyan gəminin 13 heyət üzvündən 7-si xilas edilib. Modern.az xəbər verir ki, hadisə zamanı azı 2 nəfər ölüb, 4 nəfərin isə axtarışları davam etdirilir. Gəminin Panama bayrağı altında üzdüyü xəbər verilir. 

Xatırladaq ki, gəmidə 2 Azərbaycan vətəndaşı da olub.   

 

 ***

 

Türkiyə sahillərində yükdaşıyan gəmi qəzaya uğrayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, gəminin göyərtəsində 2 Azərbaycan, 2 Rusiya və 9 Ukrayna vətəndaşı olub.

 

Samsundan 80 kilometr uzaqlıqda batan gəmidə ölən və xilas olanlar barədə məlumat yoxdur.

 

       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu