Modern.az

Qar uçqununda 3 nəfər öldü

Qar uçqununda 3 nəfər öldü

7 Yanvar 2019, 21:10

Güclü qar  faciəyə səbəb olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, güclü qar səbəbindən böyük bir hissəsində xaos yaşanan Avstriyada 3 xizəkçi ölüb.  Daha 4 nəfər isə itkin düşüb.

 

Məlumatına görə, qar uçqunu nəticəsində ölənlərdən 2-si Almaniya, 1-i isə Sloveniyadandır. İtkin düşənlər də turistlərdir.

 

Ötən həftənin ortalarından Avstriyanın mərkəzi və şimal rayonlarına 1,5 metr hündürlüyündə qar yağıb. Turistlər də daxil olmaqla 2 min nəfərin ətrafla əlaqəsi kəsilib. Qarın hələ davam edəcəyi proqnozlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama