Ötən il Gürcüstan 86 milyon 200 min şüşə (1 ədəd - 0,75 litr) çaxır ixrac edib. Modern.az xəbər verir ki, Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi bunun son 30 ildə ən yüksək göstərici olduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, 2018-ci ildə ixrac olunan şərabın ümumi həcmi 2017-ci illə müqayisədə 13 faiz çox olub.
Ümumilikdə, 2018-ci ildə Gürcüstan Azərbaycan da daxil olmaqla, 53 ölkəyə 203 milyon dollar həcmində çaxır göndərib.
Gürcüstanın şərab ixrac etdiyi ölkələr sırasında ilk beşlikdə Rusiya, Ukrayna, Çin, Qazaxıstan və Polşa qərarlaşıb.
Bununla belə, 2018-ci ildə Gürcüstan bir neçə ölkədən, o cümlədən Azərbaycandan müxtəlif növ şərab məhsulları idxal edib.