Modern.az

Dəvələr arasında gözəllik müsabiqəsi

Dəvələr arasında gözəllik müsabiqəsi

7 Yanvar 2019, 23:59

Qətərdə dəvələr arasında gözəllik müsabiqəsi keçirilib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, müsabiqədə Qətərlə yanaşı, Küveyt, eləcə də gərgin münasibətlərə baxmayaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən dəvələr iştirak edib.

 

Müsabiqədə qalib gələn dəvənin sahibinə 150 min dollara yaxın mükafat verilib.

 

Qeyd olunur ki, bəzi dəvə sahibləri dəvələrin burun və dodaqlarına botoks vurduğu üçün həmin heyvanlar müsabiqədən kənarlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama