ABŞ terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Somaliyə endirdiyi hava zərbəsi nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.
Amerika Silahlı Qüvvələrinin Afrika komandanlığının məlumatına görə, hava zərbələri bazar günü ölkənin cənub-şərqində yerləşən Aşağı Şabelle əyalətinə endirilib. Bundan əlavə bir avtomobil məhv edilib.
Daha əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.