Gecə klubunda baş verən silahlı insident 7 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikanın Playa Del Karmen şəhərində qeydə alınıb. Silahlı basqın zamanı 7 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, insidentin baş vermə səbəbləri və hadisəni törədənlərin şəxsiyyəti hələlik məlum deyil.