Modern.az

Polis Sabirabadda əməliyyat keçirdi - silah-sursat aşkarlandı 

Polis Sabirabadda əməliyyat keçirdi - silah-sursat aşkarlandı 

8 Yanvar 2019, 10:36

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

 

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Sabirabad RPŞ Qaragüney PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

 

Belə ki, Sabirabad rayonu Əliləmbəyli kənd sakini Amil Mirzəyev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “İJ” markalı ov silahı və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

 

Qaragüney PB-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Rəşad Əliyevdən 1 ədəd “İJ” markalı ov silahı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama