Modern.az

Saatlıda dovşan ovçuları saxlanıldı

Saatlıda dovşan ovçuları saxlanıldı

Aktual

8 Yanvar 2019, 11:17

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.

 

Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama