Millət vəkili Azay Quliyev noyabrın 22-də Milli Məclisdəki çıxışı zamanı QHT-lərlə bağlı məsələyə toxunub.
“Mən QHT Şurasını təmsil etdiyimdən bu məsələyə toxunmaq istəmirdim. Zaman-zaman Milli Məclisdə məsələ qaldırılır ki, QHT-lərin xarici donorlardan asılılığını azaltmaq lazımdır. Mən də burdan çıxış edərək məsələyə toxunmaq istərdim ki, QHT-lərin xarici donorlardan asılılığını azlatmaq üçün onlara ayrılan büdcəni artırmaq lazımdır”.
Azay Quliyev qeyd edib ki, bu il QHT-lərin büdcəsi 30 milyon olub ki, bunun da 7 faizi, yəni 2.1 milyon manatı QHT Şurasının payına düşüb.
“Bu hələ statistik məlumatdır. Çünki ola bilsin ki, hansısa donorun ayırdığı vəsait gizlədilib. Qeyd etmək istəyirəm ki, bu kiçik rəqəmdir. Maliyyə nazirinin burada olmasından istifadə edərək müraciət edirəm ki, bu məsələyə diqqət yetirsinlər və QHT Şurasına ayrılan vəsait heç olmasa il ərzində ümumi QHT-lərin büdcəsinin 15 faizini təşkil etsin. Çünki QHT Şurasının dəstəklədiyi layihələr ciddi və dövlətimizə dəstək verən məsələlərdir”.
Sonra o, secicisi olduğu şirvanlılarla bağlı məsələyə toxunaraq bildirib ki, Şirvan şəhərində qışda qazla bağlı ciddi problemlər olur. Millət vəkili bu məsələnin də diqqət mərkəzində saxlanılmasının vacib olduğunu qeyd edib.
Modern.az