Yanvarın 8-də həyata keçirilməli olan “Qatar Airways”şirkətinin Doha-Bakı-Doha aviareysi ləğv edilib.
Modern.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər verir.
Qeyd olunur ki, Doha vaxtı ilə saat 11:35-ə nəzərdə tutulan Dohadan Bakıya olan “QR 351” saylı uçuş ləğv olunub.
Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.