Türkiyənin Tekirdağ bölgəsində avtomobilin dərəyə aşması nəticəsində 8 nəfər ölüb.
Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Ölənlərdən 4-ü uşaq, 2-si isə qadındır.
Ölənlərin kimliyini müəyyənləşdirmək üçün işlər davam etdirilir.