Modern.az

Salyanda yol qəzası - 4 nəfər xəsarət aldı 

Salyanda yol qəzası - 4 nəfər xəsarət aldı 

8 Yanvar 2019, 18:51

Yanvarın 8-də axşam saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün naməlum səbəbdən idarəetməni itirməsi nəticəsində maşın maneəyə çırpılıb. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama