Modern.az

47 Azərbaycan kəndi ilə əlaqə kəsilib

47 Azərbaycan kəndi ilə əlaqə kəsilib

Aktual

8 Yanvar 2019, 20:44

Güclü çovğun səbəbindən 47 Azərbaycan kəndi ilə əlaqə kəsilib. Modern.az xəbər verir ki, daha çətin vəziyyət Zəncan vilayətində müşahidə olunur. Güclü  çovğun nəticəsində Zəncan vilayətinin 47 kəndinə gedən yol bağlanıb.

 

Vilayətin Yol və Yol Nəqliyyatı Baş İdarəsinin direktor müavini Cavad Yusifi deyib ki, 50 kəndin yolunu açmaq mümkün olsa da, güclü qar nəticəsində yenidən 8 rayonda 47 kəndlə əlaqə kəsilib.

 

Sinoptiklər sabaha da qar proqnozlaşdırırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama