Modern.az

Bakıda keçmiş məhkum həyat yoldaşını bıçaqladı

Bakıda keçmiş məhkum həyat yoldaşını bıçaqladı

Aktual

8 Yanvar 2019, 22:40

Bakıda qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

 

Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib.

 

Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb.

 

C.Balayeva xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb və M.Balayev şübhəli şəxs qismində saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama