Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Modern.az xəbər verir ki, Afrika Futbol Federasiyanın (CAF) rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumata görə, "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb. 26 yaşlı futbolçu ilin ən yaxşısı uğrunda mübarizədə komanda yoldaşı Sadio Mane (Seneqal) və "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqı (Qabon) qabaqlayıb.
Qeyd edək ki, Salah bundan əvvəl "BBC"nin versiyasına əsasən, Afrikanın ən yaxşı futbolçusu seçilmişdi.