Modern.az

Salyanda silsilə oğurluq edənlər saxlanıldı

Salyanda silsilə oğurluq edənlər saxlanıldı

Aktual

9 Yanvar 2019, 10:27

Salyan rayon sakini Xanhüseyn Heybətov yanvarın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

 

DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Modern.az-a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Çuxanlı kənd sakinləri Böyükkişi Hacıyev və Elmar Şıxəliyev saxlanılıb.

 

Dindirilmə zamanı saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edib. Ətraflarında aparılan araşdırmalar zamanı onların digər oğurluq əməllərində də iştirakının olduğu məlum olub.

 

Belə ki, onlar müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən 23 baş xırdabuynuzlu heyvanı və marketlərin birindən ümumi dəyəri 2000 manat olan ərzaq və tütün məmulatlarını oğurladıqları məlum olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama