Modern.az

DİN Yasamaldakı faciə ilə bağlı məlumat yaydı

DİN Yasamaldakı faciə ilə bağlı məlumat yaydı

Aktual

9 Yanvar 2019, 12:53

Daxili İşlər Nazirliyi Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama