Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, yanvarın 8-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Abad kənd sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mənsur Hacıyevi vurub.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.