Modern.az

Norveçdə milyonerin həyat yoldaşı oğurlanıb

Norveçdə milyonerin həyat yoldaşı oğurlanıb

9 Yanvar 2019, 18:31

Naməlum şəxslər norveçli milyonerin həyat yoldaşını oğurlayıblar və onun geri qaytarılması üçün 10,3 milyon dollar kriptovalyuta tələb edirlər.

 

Norveçin Verdens Gang nəşrinin yaydığı məlumata görə, 68 yaşlı qadın oktyabrın 31-də yoxa çıxıb və həmin vaxtdan etibarən onun barəsində heç bir informasiya alınmayıb. Aftenposten qəzeti isə yazır ki, oğrular tələbləri yerinə yetirilməyəcəyi təqdirdə qadına qarşı güc işlədəcəkləri ilə hədələyirlər.

 

Oğurlanmış qadının əri Tom Xaqenin 200 milyon dollara yaxın varidat sahibi olduğu bildirilir.

Norveç polisi Oslodan 20 kilometr aralıda qadının oğurlandığı barədə informasiyanı təsdiqləyib, lakin onun kim olduğunu açıqlamayıb.

 

Virtualaz.org

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama