Modern.az

Çavuşoğlu: ABŞ-a öz qoşunlarını Suriyadan çıxartmaq çətin gəlir

Çavuşoğlu: ABŞ-a öz qoşunlarını Suriyadan çıxartmaq çətin gəlir

9 Yanvar 2019, 19:05

ABŞ-ın PKK-nın Suriya qanadı olan PYD/YPG ilə elə yaxın əlaqəsi var ki, indi Vaşinqtona öz qoşunlarını Suriyanın şimal ərazilərindən çıxartmaq çətin gəlir.

 

Trend.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatına başlamaq niyyətində olduğu bütün dünyaya məlumdur.

 

M.Çavuşoğlu qeyd edib ki, rəsmi Ankara Türkiyənin milli təhlükəsizliyi məsələsində heç kimə güzəştə getməyəcək.

Xatırladaq ki, ötən il dekabrın 12-də Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı yeni hərbi əməliyyata başlayacağını bəyan etmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama