Modern.az

Azərbaycanlı sülhməramlılar Cənubi Sudana gedir

Azərbaycanlı sülhməramlılar Cənubi Sudana gedir

9 Yanvar 2019, 20:14

Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün yanvar ayının sonunadək Cənubi Sudana yola düşəcəklər. Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

 

"Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

 

Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi – 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

 

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama