Modern.az

İqbal Ağazadə: “Azərbaycanın pulu niyə belə səmərəsiz yerlərə xərclənməlidir?”

İqbal Ağazadə: “Azərbaycanın pulu niyə belə səmərəsiz yerlərə xərclənməlidir?”

Parlament

23 Noyabr 2011, 14:31

Noyabrın 23-də millət vəkili İqbal Ağazadə də 2012-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib. Deputat bildirib ki, büdcə müzakirəsi zamanı hökümət nümayəndələri daha çox ədəbi istiqamətdə çıxış edirlər.

“Ümumi hesablamalar onu göstərir ki, Azərbaycanın büdcəsinin 82 faizi neftin hesabına formalaşır. Bu milli dövlətçiliyin çokdürülməsinə xidmət edəcək bir məsələdir. Üzun illərdir ki, fikirlər səsləndirilir Azərbaycanın büdcəsinin neft sektorundan asılılığı azaldılsın. 5 il ərzində Azərbaycanda 33,3 milyard investisiya qoyulub. Mən bir sual vermək istəyirəm, investisiyaya yatırılan bu 33,3 milyardın hesabına hansısa gəlir götürülübmü? Bizə büdcə ilə bağlı kitab paylanılıb, bu kitabda investisya qoyuluşu ilə bağlı 9 milyard manat vəsaitin ayrıldığı göstərilib. Mən hesab edirəm ki, yalnız “Azot” zavodundan başqa  9 milyard manatın hamısı təmir-tikintiyə ayrılıb. Azərbaycanda bu vəsait daşa-divara xərclənir. Gələcəkdə bu məsələ necə olacaq? Azərbaycanın pulu niyə belə səmərəsiz yerlərə xərclənməlidir?”.

İqbal Ağazadə onu da bildirib ki, Azərbaycanın xarici ixracat payında 95 faiz neft və neft məhsullarının payına düşür.

“Biz çox zaman deyirik ki, regionda lider dövlətik. Biz  nefti kənara qoysaq, necə olarıq?  Əgər nefti kənara qoysaq, biz Ermənistandan, Gürcüstandan geridə qalmış bir dövlət olarıq. Mənim yaxşı yadımdadı ki, neft məsələsi SSRİ kimi böyük bir inperiyanı çökdürüb. Çünki SSRİ neftin bir barelini 27 dollara satırdı, neft birdən-birə 9 dollara düşəndə SSRİ çökdü. Bu məsələləri nəzərə almaq lazımdır. Ona görə də hesab edirəm ki, hökümət növbəti il üçün milli iqtisadi strategiya hazırlamalıdır”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR