Modern.az

Şəkidə 63 yaşlı kişi sükan arxasında öldü

Şəkidə 63 yaşlı kişi sükan arxasında öldü

Aktual

10 Yanvar 2019, 20:56

Şəki rayonunda 63 yaşlı kişi sükan arxasında ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Məmməd Ramiz oğlu Hacıbabayev özünə məxsus minik avtomobili ilə şəhərin S.Rəhman küçəsində hərəkətdə olarkən qəfildən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir qapıya dəyərək dayanıb.

 

Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri tərəfindən M.Hacıbabayevin öldüyü müəyyən olunub. Onun ürək tutmasından keçindiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama