Modern.az

Qənirə Paşayeva Azərbaycan hökumətini peşə məktəblərinə laqeydlikdə qınayıb

Qənirə Paşayeva Azərbaycan hökumətini peşə məktəblərinə laqeydlikdə qınayıb

Təhsil

23 Noyabr 2011, 15:03

Milli Məclisin büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, il ərzində Azərbaycandan 120 mindən artıq yeniyetmə orta məktəbi bitirir. Statiskiya görə, onların 20-30 mini ali təhsil, orta ixtisas məktəblərinə qəbul olurlar. Qalan 80-90 min məzunun isə hara getdiyi bilinmir. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə texniki peşə təhsili istiqamətində işlər qənaətbəxş deyil. Bu məktəblərə büdcəsən çox cuzi vəsait ayrılıb:

“Hökümət nümayəndələrindən soruşmaq istəyirəm ki, bu rəqəmi büdcə layihəsinə haradan yazıblar? Onlar bilirlərmi bu ayırdıqları vəsaitlə peşə məktəblərini inkişaf etdirmək mümkünsüzdür?”.

Daha sonra millət vəkili universitetlərin yataqxanaları ilə bağlı problemlərin olduğunu diqqətə çatdırıb. Bildirib ki, yataqxanalarda yerləşmiş məcburi köçkünlərin məsələsinin həll edilməsinə hökumətin imkanı çatır.

"Yataqxanalardakı qaçqın və köçkünlər üçün binaların tikilməsi sürətləndirilməli və şəraiti olan yataqxanalar tələbələrə ayrılmalıdır. O cümlədən ali məktəblər üçün yeni yataqxanalar tikilməlidir. Çünki rayonlardan gələn tələbələrin kirayə haqqını valideynlər ödəməkdə çətinlik çəkirlər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama