Modern.az

Deputat Hikmət Atayev: "Zaqatala məktəblərində azərbaycançılıq yoxdur"

Deputat Hikmət Atayev: "Zaqatala məktəblərində azərbaycançılıq yoxdur"

Təhsil

23 Noyabr 2011, 15:24

Milli Məclis büdcə müzakirələrini davam etdirir. Müzakirələr zamanı Qazax rayonun 7 kəndinin işğal, 5 kəndinin isə atəş altında olduğuna diqqət çəkən millət vəkili Əhməd Vəliyev 947 ailənin məcburi köçkün vəziyyətində yaşadığını qeyd edib. O hesab edir ki, həmin ailələrin sosial vəziyyətinin, mənzil şəraitinin düzəldilməsi üçün onlara ayrıca vəsait ayrılmalıdır.

Daha sonra çıxış edən millət vəkili Hikmət Atayev isə söyləyib ki, Zaqatalanın azsaylı xalqların yaşadığı bəzi kəndlərdəki məktəblərdə Azərbaycan dili öyrədilmir.

“Ona görə bu məktəbləri bitirən məzunların 90 faizi Azərbaycanda ali təhsil müəssiələrinə qəbul ola bilmir. Çünki onlar dili ən yaxşı halda məişət səviyyəsində bilirlər. Və orada azərbaycançılıq yoxdur. Bu məsələ mütləq həll olunmalıdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama