Prezidentin Administrasyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 16 noyabr 2011-ci il tarixində “Bakinskiq raboçiy” qəzetində dərc edilmiş “Azərbaycan milli ideyası öz məzmunu, universallığı, humanizmi, çevikliyi və təbiiliyi ilə fərqlənir” adlı müsahibəsi çoxaldılaraq Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi tərəfindən pres-reliz şəklində Tacikistan Respublikası Xarici İşlər Nazirliyi, Düşənbədə akkreditə olmuş diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, Tacikistan ictimaiyyəti və Kütləvi İnformasiya Vasitələri arasında paylanıb.
Modern.az-ın xəbərinə görə, məqalə 18 noyabr 20011-ci il tarixində Tacikistan Respublikasının “AVESTA” informasiya agentliyinin saytında Pres-Relizlər bölməsində (www.avesta.tj) tam şəkildə yerləşdirilib.
Azərbaycan Respublikasının Tacikistandakı səfirliyindən verilən məlumata görə məqalə Tacikistan ictimaiyyəti arasında geniş rezonans doğurub.
Məqaləyə etiraz edən erməni diasporunun bir necə üzvü “AVESTA” informasiya agentliyinə gələrək öz etirazlarını bildiriblər. Agentlikdən isə onlara bildirilib ki, agentlik onların da yazılarını dərc etməyə hazırdır.
Ləman Ağayeva
Düşənbə
***
Əlaqəli yazı:
Ramiz Mehdiyev: "Bu bəyanatların elmlə heç bir əlaqəsi yoxdur" (MÜSAHİBƏ)//modern.az/articles/18823/1/