Modern.az

Gənclər və idman naziri Soçiyə gedib

Gənclər və idman naziri Soçiyə gedib

Təhsil

23 Noyabr 2011, 16:55

Noyabrın 23-də Rusiya Federasiyasının Soçi şəhərində Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyasına start veriləcək. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Assambleyanın rəsmi qonaqları sırasındadırlar.
Rusiaynın Milli Olimpiya Komitəsinin prezidenti A.Jukovun qonaqları rəsmi salamlamasından sonra  Assambleya öz işinə start verəcək. Assambleya 24 noyabr tarixinədək davam edəcək.

Gənclər və İdman naziri Azad Rəhimovun Soçiyə səfəri 24 noyabr tarixində sona yetir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 25 noyabr tarixində Moskva şəhərinə yola düşərək Rusiya Olimpiya Komitəsinin 100 illik yubileyinə həsr olunmuş  gecədə iştirak edib, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin salam və təbriklərini çatdıracaq. Bununla yanaşı Çingiz Hüseynzadə  2014-cü il Soçi Qış Olimpiya oyunlarının keçiriləcəyi məkana da  gedəcək.

Səfər 25 noyabr tarixinədək davam edəcək. Məlumatı Modern.az-a Gənclər və İdman Nazirliyibnuin mətbuat katibi Səmayə Məmmədova verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama