Modern.az

Leyla Abdullayeva Milli Məclisdə uşaq bağçaları ilə bağlı məsələ qaldırdı

Leyla Abdullayeva Milli Məclisdə uşaq bağçaları ilə bağlı məsələ qaldırdı

Təhsil

23 Noyabr 2011, 19:22

Milli Məclisdə 2012-ci ilin büdcə müzakirələri zamanı günün ikinci yarısında etdiyi çıxışında deputat Leyla Abdullayeva uşaq bağçaları ilə bağlı məsələyə toxunub. L.Abdullayeva deyib ki, Azərbaycanda cəmi 20 % uşaq bağçaya gedir.

“Bağçalara, məktəbəqədər təhsil müəssisələrinə geniş ehtiyac var. Yaxşı olardı ki, məktəbəqədər təhsilə, onun inkişafına gələcəkdə daha da çox məbləğ ayrılsın.YUNİCEF də bunsuz intellektual gənc nəslin yetişdirilə bilməyəcəyini bildirir. Bu sahə diqqət mərkəzində saxlanılmalıdır. Mən bunu bir təhsil işçisi kimi bildirirəm”.

Eyni zamanda millət vəkili Sumqayıta ümumi büdcə hesabında Bakıdan sonra 2-ci ən böyük büdcənin nəzərdə tutulmasını təqdir edərək sumqayıtlıların təşəkkürünü ölkə başçısına çatdırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama