Modern.az

Aydın Mirzəzadə “Azərenerji”nin müdafiəsinə qalxdı

Aydın Mirzəzadə “Azərenerji”nin müdafiəsinə qalxdı

Parlament

23 Noyabr 2011, 20:05

 Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisin 2012-ci il büdcə müzakirələri zamanı deputat Aydın Mirzəzadə “Azərenerji”nin müdafiəsinə qalxıb. Millət vəkili qeyd edib ki, ondan öncə bir sıra millət vəkilləri “Azərenerji”ni tənqid  ediblər: “Birinci ondan başlamaq istəyirəm ki, Bakını elektriklə təchiz edən “Azərenerji” ilə deyil. Bu işi “Bakıelektrikşəbəkə” həyata keçirir. Digər bir məqam isə ondan ibarətdir ki, sovetdən qalma elektrik xətlərinin tam yeniləşməsi üçün milyardlarla vəsait lazımdır. Təbii ki, bu məsələlər  həll olunacaq. Ancaq lokal bir məsələni qloballaşdırmağın əleyhinəyəm. Mən hesab edirəm ki, bu kimi məsələlərdə “Azərenerji”nin heç bir təqsiri yoxdur”.

Millət vəkili Çingiz Qənizadə isə “Azərenerji”nin fəaliyyətindən narazı qaldığını bildirib. Deputat deyib ki, təmsil etdiyi dairədə elektrik enerjisi ilə bağlı ciddi problemlər var.

Deputat Hesablama Palatasının nümayəndələrinin Milli Məclisin iclasında olduğundan istifadə edərək bildirib ki, bu qurum büdcə pullarının hara xərclənməsi barədə yenidən araşdırmalar aparmalıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR