Modern.az

Yük qatarında partlayıcı qurğu

Yük qatarında partlayıcı qurğu

13 Yanvar 2019, 20:54

Türkmənistandan Özbəkistana gələn yük qatarında partlayıcı qurğu aşkarlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayıcı qurğu yük qatarının vaqonlarından birində aşkar edilib.

 

Məlumatına görə, Özbəkistan Dövlət Gömrük Komitəsinin əməkdaşları vaqonlardan birində 200 qramlıq trotil şaşkası və onu işə salmaq üçün 1 ədəd elektrodetonaror aşkar ediblər.

 

Hüquq-mühafizə orqanları faktla bağlı  cinayət işi başlayıb və istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu