Modern.az

Ağır qəzada 14 nəfər öldü

Ağır qəzada 14 nəfər öldü

Aktual

13 Yanvar 2019, 21:49

Uqandanın Pakvaç dairəsində təxminən 30 nəfəri daşıyan yük maşını qəzaya uğrayıb. Modern.az xəbər verir ki, qəza nəticəsində azı 14 nəfər həlak olub. Daha bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hadisəyə səbəb isə yük maşını sürücüsünün idarəetməni itirməsi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama