Modern.az

Avtomobillər bahalaşıb, alan yoxdur...  

Avtomobillər bahalaşıb, alan yoxdur...   

Aktual

14 Yanvar 2019, 10:34

Əvvəlcədən bildirdiyimiz kimi, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir. Bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

 

O qeyd edib ki, avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir:

 

“Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır”.

 

Ekspertin sözlərinə görə, qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır:

 

“Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir. Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq.

 

Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər. Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama