Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti yanvarın 16-na qədər davam edəcək.
Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz, 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.