Modern.az

Yasamal və Səbailin içməli suyu müvəqqəti kəsiləcək

Yasamal və Səbailin içməli suyu müvəqqəti kəsiləcək

Ölkə

24 Noyabr 2011, 12:15

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. Bununla əlaqədar qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal, həmçinin Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

“Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”-deyə qurumdan bildirilib.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər