Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında o cümlədən Ağstafa rayon Şəhidlər Xiyabanında da abadlıq və bərpa işləri həyata keçirilir.
Modern.az xəbər verir ki, Şəhidlər Xiyabanının ərazisində geniş səliqə-səhman işləri görülüb, zəruri olan yerlərdə aqlay və dekorativ döşəmə daşları yenilənibdir. Ağstafada şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində rayonun Vurğun qəsəbəsi, Tatlı, Qıraq Kəsəmən və Zəlimxan kəndlərində inşa olunmuş abidə kompleksləri də daim diqqət mərkəzində saxlanılır.