“Azerfon şirkəti və "Azərbaycan Hava Yolları" QSC (“Azal”) İsveçrənin OnAir şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq MDB məkanında “Azal”ın təyyarələrdə rabitə xidmətinin tam çeşidini təqdim edəcək. Bura 3G xidmətini də daxildir. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Azerfon-un baş icraçı direktoru Yurgen Pitz məlumat verib. Şirkət rəhbəri bildirib ki, pilot layihə ilk dəfə Bakıda keçirilən “Bakutel-2011” sərgisində təqdim edilib. 2012-ci ildən “Azal”ın sərnişinləri “Nar Mobile” və digər mobil və internet xidmətlərindən ücuz istifadə edəcəklər.
“Azal” hava şirkəti təyarələrdə mobil rabitə xidməti layihəsindən məmnunluğunu bildirib.
Azerfon rəhbəri bildirib ki, yaxın vaxtlarda Azərbaycanın bütun şəhərlərində 3G xidmətindən istifadə etmək mümkün olacaq.
“Biz rəqiblərdən irəli keçmişik. 3G xidmətini müasirləşdirmək və istifadə sisteminin əhatə dairəsini genişəndirmək lazımdır. “Azal” şirkətilə müqaviləyə əsasən, sərnişinlər 10 min metr hündürlükdə telefon xidmətlərindən istifadə edə biləcəklər.
Yurgen Pitz onu da bildirib ki, 3G cihazı ilə insanlar öz qan təzyiqini, qızdırmasını və şəkərini də ölçə bilərlər. Ölçdükdən sonra məlumat serverə göndəriləcək, həkimlər isə ora daxil olmaqla xəstəyə onun qan təzyiqi və şəkəri barədə məlumat verəcəklər.
İcraçı direktor deyib ki, yaxın günlərdə Azerfon abunəçiləri ilə Bakcell abunəçiləri bir-birinə videozənglər edə bilərlər.
“Biz Bakcell şirkəti ilə danışıqlar aparırıq, məsələ yaxın vaxtlarda öz həllini tapacaq”.
Sədaqət Suleymanova