Modern.az

Bakıda yeniyetmə qız yoxa çıxdı

Bakıda yeniyetmə qız yoxa çıxdı

Aktual

14 Yanvar 2019, 17:43

15 yaşlı Abşeron rayon sakini itkin düşüb.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.

Bu barədə yeniyetmə qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.

İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama