Modern.az

Azərbaycanla Türkiyə birgə hərbi təyinatlı rabitə vasitələri istehsal edəcək

Azərbaycanla Türkiyə birgə hərbi təyinatlı rabitə vasitələri istehsal edəcək

Aktual

14 Yanvar 2019, 18:06

Türkiyədə səfərdə olan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan “Aselsan”ı ziyarət edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinin “Aselsan” şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub.

 

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə “Aselsan” şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmliliyi vurğulanıb. Eyni zamanda, uzun müddətdi müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə edilib.

 

Sonda Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama