Modern.az

Şagirdlərimiz Beynəlxalq olimpiadada 5 medal qazandılar

Şagirdlərimiz Beynəlxalq olimpiadada 5 medal qazandılar

Aktual

14 Yanvar 2019, 20:01

Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında iştirak edən azərbaycanlı məktəblilər uğur qazanıb. Modern.az xəbər verir ki, 9-15 yanvar 2019-cu il tarixlərində keçirilən beynəlxalq olimpiadada iştirak edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri uğurla çıxış edib. Onlar 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıblar.

Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov,  Murad Eynizadə informatika fənni üzrə gümüş medal, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal,  11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama