Modern.az

Samuxda 46 yaşlı kişi intihar etdi

Samuxda 46 yaşlı kişi intihar etdi

Aktual

14 Yanvar 2019, 20:27

Samux rayonunda 46 yaşlı kişi intihar edib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Həmzə oğlu Hüseynov özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.

 

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama