Modern.az

Ərdoğanla Tramp terrorla mübarizədə razılaşdı

Ərdoğanla Tramp terrorla mübarizədə razılaşdı

14 Yanvar 2019, 23:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. İki lider Suriyanın şimalında terrordan arındırılmış ərazi yaradılması fikrini müzakirə edib. Ərdoğan kürdlərlə heç bir problemin olmadığını, milli təhlükəsizliyə təhdid törədən terror qruplaşmalarına qarşı mübarizə apardığını bildirib.

Ərdoğan və Tramp həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama