Modern.az

Samir Şərifov: “Qanun olsa, 2012-ci ildə əmanətləri qaytara bilərik

Samir Şərifov: “Qanun olsa, 2012-ci ildə əmanətləri qaytara bilərik

Təhsil

24 Noyabr 2011, 13:55

Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı səsləndirlən təkliflərlə bağlı noyabrın 24-də parlamentdə çıxış edib.

Modern.az xəbər verir ki, nazir çıxışı zamanı əhalinin sovet əmanət banklarında batan vəsaitlərinin qaytarılması məsələsinə toxunub. Deyib ki, əmanətlərin qaytarılması üçün mütləıq qanun qəbul edilməlidir. Nazirin sözlərinə görə, qanun qəbul olunmasa əmanətlərin qaytarılması mümkün deyil. O, əmanətlər üçün maliyyə vəsaitinin problem olmadığını da vurğulayıb.
“Əmanətlərin indeksləşməsi ilə bağlı Milli Məclisdə də müzakirələr gedir. Biz digər dövlətlərə köçmüş əmanətçilərin məsələsinə baxmalı, buna çarə tapmalıyıq. Digər tərəfdən, indeksləşmə və əmanətlərin qaytarılması müddətini müəyyənləşdirməliyik. Elə etməliyik ki, beynəlxalq məhkəmələrin sanksiyaları ilə üzləşməyək. Azərbaycandakı vəziyyəti digər MDB ölkələri ilə müqayisə etmək olmaz. Həm də o ölkələrdə hələ qərarlar icradadır, ya da ləng icra olunur. Milli Məclisdə əmanətlərlə bağlı qiymətli kağızlar verilməsi də təklif olunmuşdu, bunun da qüsurları var. Yaxın vaxtlarda hökumət hazırladığı layihəni təqdim edəcək. Bu, həm hökumətin məsuliyyətidir, həm də parlament qanun qəbul etməlidir. Müvafiq qanun qəbul edilməsə, əmanətlərin qaytarılması mümkün deyil. Qanun qəbul edilsə, 2012-ci ildə vəsait ayırmaq imkanımız var’.

Maliyyə naziri deyib ki, əmanətlər məsələsilə bağlı Prezident İlham Əliyevin də tapşırığı var və bu istiqamətdə işlər davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama