Modern.az

Daş karxanalarına əl qoyulub - Baş idarə rəisi faktları AÇIQLADI  

Daş karxanalarına əl qoyulub - Baş idarə rəisi faktları AÇIQLADI   

Aktual

15 Yanvar 2019, 10:47

2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib. Modern az xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. K.Əliyev qeyd edib ki, uzun müddət bu sahə nəzarətdən kənarda qalmışdı:

"Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzərətə götürülüb. Nazirlikdən göndərilən matreial əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi istintaq edilərək məhkəmələrə göndərilib. 21 milyondan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib".

Onun sözlərinə görə, 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub. Həmcinin, əhəng daşı karxanalarında 7 cinayət işi istintaq edilərək məhkəmələrə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama