Modern.az

“Lifttəmir”də yoxlamalar davam edir

“Lifttəmir”də yoxlamalar davam edir

15 Yanvar 2019, 11:27

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam edir. Modern.az-ın məlumatına görə, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir:

 

"Maliyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğu Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır".

 

Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimaiyyətə açıqlanacaq".

 

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. başlanıb.

 

Ötən ilin oktyabrın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama