Modern.az

Naxçıvanda ana-bala bəbir görüntüləndi  

Naxçıvanda ana-bala bəbir görüntüləndi   

Aktual

15 Yanvar 2019, 12:49

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında  ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb. Fotolar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib.


Nazirlikdən Modern.az-a bildirilib ki, dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.



Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama