Modern.az

Deputatlar yaşayış minimumunun artırılmasını istəyiblər

Deputatlar yaşayış minimumunun artırılmasını istəyiblər

Parlament

24 Noyabr 2011, 15:00

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olunub. Modern.az saytı xəbər verir ki, müzakirə zamanı millət vəkili İqbal Ağazadə çıxış edib.
Deputat deyib ki, o, başa düşə bilmir ki, yaşayış minimumunun 108 manat həcmində götürülməsi hansı şərtlərlə əsaslandırılır. Deputat hökumət üzvlərindən və İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadədən bu məsələyə aydınlıq gətirilməsini istəyib.
“Axı hansı meyarlar əsas götürülüb belə bir rəqəm əldə olunarkən. Mən düşünürəm ki, heç kim bununla bağlı əsas göstərə bilməz”.

Millət vəkili Vahid Əhmədov isə çıxış edərək bildirib ki, yaşayış minimumunu müəyən etmək üçün mexanizim var. Onun sözlərinə görə, yaşayış minimum və ehtiyac meyarı məsələsinə baxmaq lazımdır. Deputat təklif edib ki, digər meyarları da yaşayış minimumuna çatdırmaq lazımdır.
“Buna çox ciddi ehtiyac var.Yaşayış minimumu ilə ehtiyac meyarı eyniləşdirilməlidir”.

Millət vəkili Elmira Axundova da çıxış edərək yaşayış minimumun həddinin artırılmasını təklif edib. Deputat bildirib ki, pensiya həddinin 84 manat göstərilməsi də çox aşağı rəqəmdir.
“Hesab edirəm ki, bu rəqəm artırılmalıdır”.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yaşayış minimumunun mövcud məbləğdə müəyyənləşdirilməsini müdafiə edib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin məsələyə münasibəti belə olub: “Biz də düşünürük ehtiyac meyarı ilə yaşayış  minimumu eyniləşdirilməlidi. Hesab edirəm ki, 2012-ci ildə bu məsələ öz həllini tapacaq”.

Hazırda isə Milli Məclisdə “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə olunur

Qeyd edək ki, gələn ilin büdcə layihəsində yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində götürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR