Modern.az

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

Zakir Həsənov Milli Orduya göstəriş verdi   

16 Yanvar 2019, 17:06

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, göstərişə əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama