Modern.az

Rektor universitetdə imtahanları dayandırdı  

Rektor universitetdə imtahanları dayandırdı   

16 Yanvar 2019, 17:24

Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu ilin yanvar ayının 17-si və 18-i təlim-tərbiyə prosesi dayandırılıb, bütün tədbirlər təxirə salınıb.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da bununla bağlı müvafiq əmr imzalayıb.

Universitetdən Modern.az-a bildirilib:


“Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 40S nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə "Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla əmr imzalayıb”

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama