Noyabrın 23-də Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Etibar Hüseynovun çıxışı deputatların ciddi narazılığına səbəb olub. Saytımız E.Hüseynova etiraz edən deputatların – Bahar Muradovanın, İmamverdi İsmayılovun, Astan Şahverdiyevin çıxışlarını dünən təqdim edtmişdi.
Modern.az tərəfsizliyi nəzərə alaraq deputat Etibar Hüseynovun dünən qalmaqla asəbəb olmuş çıxışının tam mətnini dərc edir.
Milli Məclisin büdcə ilə baglı dinləmələrində Etibar Hüseynovun cıxışı:
- Hörmətli sədr. Hörmətli deputatlar.
Milli Məclis həmişə məhsuldar işləmiş və kifayət qədər ceşidli və rəngarəng qanunlar qəbul eləmişdir. Hətta bu yaxınlarda biz “Arıcılıq haqda” belə qanun qəbul elədik. Amma mən eşidəndə ki, “Azərbaycanın Milli qəhrəmanlarının statusu baradə” qanun hələ də yoxdur, düzü bir millət vəkili kimi xəcalət cəkdim. Təsəvvür edin ki, bizdə Əfqanıstan döyüşcüləri, Cernobl qəzasindan zərər cəkənlər ücün qanunlar var, bu insanlar müxtəlif imtyazlara malikdirlər, pensiya və müavinətlər alırlar, amma Milli qəhrəmanlarımız ücün hec bir imtiyaz yoxdur. Bu müstəvidə üzümüzü ağ edəcək sənəd yalnız ölkə başcısi cənab İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmandır ki, bu sənədə görə də Milli qəhrəmanlara ayda 600 manat müavinət verilir. Vəssəlam. Ayrı bu insanlarin hec bir status və imtiyazı yoxdur. Hətta kommunal xərclərdə belə güzəştləri yoxdur.
Ona görə də müharibə başlamamış hansısa rayondan qacib gələn, paytaxtda dəbdəbəli villası olan bəzi adamlar var ki, işıqpulu yığan qapısını döyəndə “Qacqın kitabcası” göstərib cüzi bir ödənişi belə eləmir. Amma Milli qəhrəman ailəsinin 5-10 manat borcuna görə işıgı-qazı cox rahat şəkildə kəsilir. Milli qəhrəmanların statusu haqda qanunun olmaması bir sıra başqa problemlərin də yaranmasına səbəb olur. Qanuna görə bayaq adını cəkdiyim 600 manat müavinət Milli qəhrmanın özünə əgər dünyasını dəyişibsə həyat yoldaşına verilir. Amma tutaq ki, həmin qadın sonradan başqa birisi ilə ailə həyatı qurusa, onda bu müavinətdən onun yeni həyat yoldaşı və ondan olan uşaqları bəhrələnə bildiyi halda, Milli qəhrəmanın dogmaca valideynlərı, övladları bundan faydalana bilmir.
Ona görə də hesab edirəm ki, biz tezliklə “Milli qəhrəmanların statusu haqda” qanunu hazırlayıb qəbul etməliyik. O cümlədən də təklif edirəm ki, ötən 6 ildəki inflyasiyanı nəzərə alıb Milli qəhrəmanlar ücün nəzərdə tutulan müavinətlərinin həcmi də artırılsın. Və bu növbəti ilin büdcəsində nəzərə alınsın.Hesab edirəm ki, Azərbaycanin Milli qəhrəmanları, onların ailələri ən yüksək vəsait alan, ən yüksək statusa malik olan insanlardan olmalıdırlar. Onlar hətta biz deputatlardan belə yüksək statusa və maaşa layiq olası insanlardır. Cünki biz millətin vəkiliyiksə onlar bu millətin qəhrəmanlarıdır. Bunu unutmamalıyıq. Digər toxunmaq istədiyim bir məsələ əsgərlərimizlə bağlıdır. Bu müstəvidə cox böyük bir ədələtsizlik hökm sürür.
Təsəvvür edin ki, Bakının mərkəzində xidmət cəkən insanla, cəbhə xəttində-düşmənlə üz-üzə, hər dəqiqəsi, hər saniyəsi ölüm ola biləcək bir sərhəd rayonunda xidmət edən əsgər arasında hec bir fərq qoyulmur. Axı bu insanlar gecə-gündüz düşmən gülləsiylə üz-üzədirlər,hər günləri bir ilə bərabər kecir. Onların valideynlərinin hansı həyəcanları yaşadığını da söyləməyə yəqin ki, ehtiyac yoxdur. Amma bunun müqabilində onlarla paytaxtın mərkəzində xidmət edənlərə hec bir fərq qoyulmur. Bu ədalətsizlik deyilmi? Nə ücün biz ön cəbhədə xidmət edən əsgərlərimizin maaşlarını,məzuniyyət günlərinin sayını artırmayaq. Ən əsası isə onların hərbi xidmət müddətini 3 və ya 6 ay qısaltmayaq.
Biz hər şeyə, hər kəsə pul tapırıq. Nə olar ki, ön cəbhədə xidmət kecmiş əsgərlərimiz ücün də müxtəlif kompensassiyalar fikirləşsək. Məgər pismi olar bu şəxslər xidmətdən sonrakı dövrdə ildə hec olmazsa bir dəfə yerli təyyarə, qatar və ya şəhərlərarası nəqliyyatdan pulsuz istifadə etsinlər? Ailə həyati quranda və ya uşaqları olanda müəyyən miqdarda vəsait alsalar pismi olar? Niyə də biz ön xəttdə xidmət kecmiş əsgərlər ücün müxtəlif orden, medal, döş nişanları fikirləşməyək? Niyə onlar xidmətdən dönərkən yaxalarındakı orden və medallarla qürrlənməsinlər? Bütün bunları eləmək məgər coxmu cətindir? Axı bütün bunlar onlarda bir ruh yüksəkliyi yaradar, onlara əlavə stimul vermiş olardı. Niyə biz bunu əsigəməliyik ki? Ona görə də mən hesab edirəm ki, biz həm Milli qəhrəmanlarımıza, həm də ön cəbhədə xidmət cəkən qardaşlarımız ücün ən yüksək və ən müxtəlif güzəştlər fikirləşməli və tətbiq etməliyik. Elə etməliyik ki, cağırışcı böyük həvəslə on xəttdə xidmətə yollanmalı, ön cəbhədə xidmət edən əsgər isə Milli qəhrəman olmağa can atmalıdır.
Diqqətinizə görə təçəkkür edirəm.