Modern.az

Milli Məclis hökumətə 10 gün vaxt verdi

Milli Məclis hökumətə 10 gün vaxt verdi

Parlament

24 Noyabr 2011, 17:06


Modern.az
saytı xəbər verir ki, noyabrın 24-də Milli Məclis 2012-ci il üçün ehtiyac meyarı və yaşayış minimumunu təsdiq edib. Ehtiyac meyarının məbləği 2012-ci il üçün 75 manatdan 84 manata qaldırılıb. Yaşayış minimumunun həddi isə 95 manatdan 108 manata qədər artırılıb.

Qeyd edək ki, əmək qabiliyyətli insanlar üçün yaşayış minimumu 102 manatdan 116 manata, pensiyaçılar üçün 72 manatdan 84 manata, uşaqlar üçün isə 76 manatdan 87 manata qədər qaldırılıb.
Milli Məclisdə 2012-ci ilin büdcə layihəsinin müzakirəsi artıq çatıb. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bildirib. O qeyd edib ki, Azərbaycan hökumətinə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvləri tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi üçün 10 gün vaxt veriləcək.

“Müzakirələr zamanı 60 deputat öz təklif və fikirlərini bildirib. Hökumətə bu təkliflərin öyrənilməsi üçün 10 gün vaxt veriləcək”.

Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 mlrd. 436,4 mln. manat, xərcləri 16 mlrd. 984,4 mln. manat, kəsiri 548 mln. manat və ya ÜDM-nin 1,3%-i səviyəsində proqnozlaşdırılır.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR